07.05.2014. - “Rusiyaya getməyin!”

07.05.2014. -  “Rusiyaya getməyin!”ABŞ-ın dövlət katibi Kerri Avropa Birliyinin xarici siyasət üzrə ali komissarı Ketrin Eşton ilə Ukraynada gedən prosesləri müzakirə edib.

Məlumatlara görə, Kerri paytaxt Vaşinqtonda təşkil edilən mətbuat konfransında mayın 11-də Ukraynanın şərq bölgəsində Luqansk və Donetsk vilayətlərində keçirilməsi planlaşdırılan referendumun Ukraynanı daha da böləcəyini bildirib.

"Ukraynanı parçalayacaq qanunsuz addımları qəti şəkildə pisləyirik. Bu, Krımda oynanan ssenarinin təkrarıdır" - deyə Kerri sözlərinə əlavə edib.

Kerri daha sonra mayın 22-24-də Rusiyada keçiriləcək "St. Peterburq Beynəlxalq İqtisadi Formu"na amerikalı nümayəndələrin getməməsi xəbərdarlığını edib.

Obama rəhbərliyinin bu xəbərdarlığından sonra iştirakçılar siyahısında olanların bir çoxu səfərini ləğv edib.






Fikirlər