“YENİ NORMAL VƏZİYYƏT” – Bu, elə həmin “köhə normal vəziyyətdir”!
Amerikan jurnalistləri hesablayıblar ki, son üç həftədə Donald Tramp seçki kampaniyası zamanı 5 bənd üzrə söylədikləri vədlərdən yayınır. Əsas etibarı ilə burada söhbət daxili siyasi məsələlərdən və şəxsi xarakterlə bağlı söylədiyi xoşagəlməz ifadələrdən gedir. Özünün xarici siyasət kursu barəsində Tramp hələ ki, danışmır. Konkret plan hələlik yoxdur. Bir tərəfdən İsrail və Fələstin arasında sülh əldə olunması naminə vasitəçilik rolundan və digər yandan isə Rusiya ilə münasibətlərin yoluna qoyulacağından danışılır. Seçki kampaniyasının gedişində Tramp Vladimir Putini güclü lider adlandırırdı. Krımın ilhaq edilməsinə və Kreml rəhbərliyinin Ukraynada apardığı siyasətə baxmayaraq, o, bəyan edib ki, Rusiya-Amerika münasibətlərindəki gərginliyi azaldaraq, onu normallaşdıracaq. Tramp uzunmüddətli perspektivdə təhlükə mənbəyi kimi Rusiyanı deyil, Çini görür. Tram deyib:”Əgər ABŞ və Rusiya yaxşı münasibət saxlasalar, onda pis olmayacaq”. Moskva və Vaşinqton arasındakı sabit münasibətlər həmçinin Almaniyanın da xeyrinədir. Belə olan halda artıq çoxdandır ki, kəskinləşmiş gərgin vəziyyətin necə yoluna qoyulması kimi bir məsələni, nə edəcəyi bəlli olmayan və siyasət dünyasına təzə atılmış Donald Trampa tapşırmaq olmaz. Avropa təkcə öz işləriyləmi məşğul olmaq istəyir və ya Almaniya kansleri hərəkətə keçməlidir? Burada söhbət sadəcə olaraq, atəşkəsin dayandırılmasından, silahların kənara çəkilməsindən və ya vuruşan tərəflərin aralanmasından getmir. Daha mühüm olanı Qərb və Rusiya arasındakı münasibətlərdəki gərginliyin sona çatdırılmasına nail olmaqdır. Əgər daha dəqiq ifadə etsək, yeni qaydalar işlənib hazırlanmalıdır. Soyuq müharibə qurtardıqdan sonra Qərb Moskva ilə ümumi təhlükəsizlik arxitekturasının yaradılmasını və Avropa Birliyi və Avrasiya İttifaqı iqtisadi məkanları arasında əlaqələrin mümkünlüyünün üstündən xətt çəkmişdi. Və öz növbəsində Putin Avropa, xüsusən də almanların modernləşmə ilə bağlı əməkdaşlıq təklifinə diqqət ayırmadı. Beləliklə də bir-birindən aralanma başlandı və bunun kulminasiya nöqtəsi Krımın ilhaqı oldu. Putin buna planlı şəkildə can atmayıb. Amma fürsət düşən kimi o bundan istifadə etməkdən qətiyyən qaçmayıb. Reallıq belə deyir ki, Krımın Rusiyaya qaytarılması beynəlxalq hüquq nöqteyi-nəzərindən düz deyil, lakin tarixi planda bu qaçılmaz idi. Kreml özünün Sevastopoldakı hərbi limanının kimlərsə tərəfindən götürülməsinə razı olmazdı. Məsələn, Vaşinqton Vircinyadakı Norfolk hərbi-dəniz bazasının və ya Kubadakı Quantanamanın özgə əllərə keçməsinə imkan verməz. Özünü aldatmağa gərək yoxdur. Bu günlərdə haqqında çox danışılan “yeni normal vəziyyət”, əslində “könhə normal vəziyyət” də hesab edilir. Çünki əslində -geosiyasət, strategiya, hökmranlıq düşüncəsi, güclər arasında tarazlıq, rəqabət, münaqişələr, önləyici tədbirlər kimi həqiqətlər bizə 5000 ildir ki, tanışdır. Və biz özümüzü elə aparmamalıyıq ki, guya elə rusların apardığı siyasətə uyğun siyasəti Qərbin Amerika rəhbərliyi altında həyata keçirdiyini bilmirik. Köhnə normal vəziyyət deyiləndə buraya – münaqişələrin önünün kəsilməsinə göstərilən səylər və bütün ölkələrin maraqlarının saxlanılması naminə xoş məramlı münasibətlərin qurulması da aiddir. Tarazlığın yaradılması üçün dialoq aparılması vacibdir. Hərbi gücün qarşılıqlı şəkildə artırılmasından kənar durmaq lazımdır. 1975-ci il soyuq müharibənin isti formaya keçməsinə imkan verməyən Helsinki prosesini, 1815-ci-ildəki Vyana konqresini və ya 1878-ci ildəki Berlin konqresini xatırlayaq. İstənilən halda gələcəyə təsir göstərən və Ukrayna münaqişəsinin həllinə hüquqi təminat verəcək, Yaxın Şərqdəkı böhranların səngiməsinə gətirib çıxaracaq böyük diplomatik hadisələr, Avropa Birliyi və Avrasiya İttifaqı arasındakı razılaşmalardan asılıdır. Bu cür razılaşmalar çərçivəsinin sonunda Almaniyanın özünə də təsir göstərən və Kreml rəhbərini avtarkiyaya və çinlilərin ağuşuna itələyən sanksiyalar da sona çatmalıdır. ”Yeni normal vəziyyət” şəraitində alman xarici şiyasəti üçün Bismarkın reallıq hisslərinin bu gün də necə aktual olduğunu yada salmaq heç də pis məsləhət sayılmaz. O, Rusiyaya qarşı münasibətdə heç bir illuziya duymurdu. Bismark Rusiya ilə “profilaktik müharibə” aparılmasının əleyhinə idi. Lakin Bismarkın özü Rusiyanı alman birja bazarından kənarda tutmağa macal tapmadı. 1887-ci ildəki gömrük və ticarət müharibələrini günümüzdəki vəziyyətlə müqayisə etsək, onda ona “sanksiya” deyərdilər. Rusiyanın “öhdəsindən gəlinməyəcəyi” üçün Bismark onunla sığortalanmış müqavilə bağladı. Rusiya onun üçün nə düşmən, nə də ki, tərəfdaş olub. Bismark, sadəcə olaraq, çətin və problemli qonşu ilə yaxşı münasibətlərin davam etməsini istəyib. Ona görə də, o, özünü bu məsələdə inadırmağa çalışıb. Buna tipik bir örnək kimi Bismarkın söylədiyi belə bir söz var: ”İngiltərənin nə qədər faydalı olmasına baxmayaraq, Rusiya ilə münasibətləri qurban vermək olmaz”. Tarix təkrar olunmur, lakin hər halda bəzi dərslər çıxarmaq vacibdir. Ona ikrahla yanaşmaq gərəksizdir. Kreml rəhbəri ilə ciddi danışmaq lazımdır. Həm də ki, ən yüksək səviyyədə. Burada bir məsələ tam aydın olmalıdır – əgər nə vaxta kimi Donald Tramp NATO-nu öz dövrünü yaşamış təşkilat hesab edəcəksə və alyansın 5-ci bəndinə müvafiq öhdəliklərin yerinə yetrilməsini boş bir şey adlandıracaqsa, onda o, Putinlə aparacağı danışıqlar masası arxasında nə isə axtarmasın. (“Die Zeit”- Almaniya)