PUTİNİ NECƏ DİZ ÇÖKDÜRMƏLİ? – Qərbdə yeni strategiya hazırlanır

PUTİNİ NECƏ DİZ ÇÖKDÜRMƏLİ? – Qərbdə yeni strategiya hazırlanırQərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalrın uğurlu olması, böyük ölçüdə bu tədbirlərin necə nəticələnməsindən asılıdır. Sanksiyaların üstündən bir ildən artıq vaxt keçməsinə baxmayaraq, Krım hələ də işğalı altındadır . Rusiya isə Ukraynanın işlərinə müdaxilə etmə siyasətini davam etdirir. Kremli beynəlxalq hüquq normalarını yerinə yetirməyə məcbur etmək istiqamətində cəhdlər bir nəticə verməyib”.

Bu fikirlər Foreign Affairs” dərgisindəki “Rusiyaya qarşı yeni strategiya lazımdır” başlıqlı məqalədə yer alıb.
“AzPolitika.info”nun məlumatına görə, məqalədə daha sonra bildirilir: “Hazırda Rusiya iqtisadiyyatı sansksiyaların təsirindən deyil, əsasən neftin ucuzlaşmasından əziyyət çəkir. Mövcud çətinliklərinin haradan qaynaqlandığını görən Rusiya prezidenti Vladimir Putin sanksiyalardan gələn itkiləri qəbuledilən hal sayır.
Bəs, bunlardan hansı nəticəni çıxarmaq olar? Qərb mövcud vəziyyətlə barışmalıdır, yoxsa indiki startegiyanın dəyişdirilməsinin vaxtı çoxdan gəlib çatıb?
Sanksiyalar rejiminin effekti getdikcə azalır. Həm də Moskva tezliklə sanksiyaların sona çataçağına inanır. Elə buna görə də Kreml heç bir ciddi güzəştə, dəyişikliyə getmək niyyətində deyil.

Qərb Avropa enerji ittifaqının(Avropa Birliyi vahid enerji sistemi qurmağı planlaşdırıb) yardadılması prosesini sürətləndirməklə Rusiyanın neft – qazadan onlara qarşı bir təzyiq mexanizmi kimi istifadəsinə mane ola bilər. Belə bir enerji ittifaqının yardılıb başa çatması 2030 –ci ildə yekunlaşacaq.
Amma bu istiqamətdəki işlərin prioritet elan olunması Moskvanın gəlcəkdə indiki enerji bazradan məhrum ediləcəyini göstərir. Unutmayaq ki, hazırkı qarşıdurmada bəzi simvollar və niyyətlər konkret fəaliyyətlər qədər mühümdür.

Öz növbəsində Rusiya da var gücü ilə əlindəki imkanlardan Qərbə qarşı istifadəyə keçib. Onun təsir imkanları təbliğat və pul üzərində qurulub. Moskva əsasən gizli yollarla Qərbin birliyini dağıtmaq istəyən siyasi hərəkatlara sponsorluq göstərir. Bu məsələ ilə əlaqədar olaraq, Qərb ölkələri Rusiyadan gələn pulların şəffaflığına diqqəti artırlmalıdır.
Qərb həmçinin Rusiyanın öz hərbi gücündən siyasi məqsədlər naminə istifadə etməsinə qarşı da cavab tədbirləri işləyib hazırlamalıdır. Rusiyanın nüvə potensialı haqqında Putinin özündən razı bəyənatları Qərbi yolundan sapdırmaq, onu qorxutmaq və oradakı ölkələrin Rusiyaya olan yekdil mövqeyini parçalamaq məqsədi daşıyır.


PUTİNİ NECƏ DİZ ÇÖKDÜRMƏLİ? – Qərbdə yeni strategiya hazırlanırMoskvanın fikirləşdiyinin əksinə olaraq, NATO və Avropa Birliyi daha qətiyyətlidir. Amma bir çox siyasətçilər və jurnalistlər bu qətiyyətin uzun müddətə saxlanılacağına şübhə ilə yanaşırlar.
Ümumiyyətlə isə Qərb tez-tez əzələ nümayiş etdirməklə, hərbi güc göstərişinin Rusiyanın maraqlarına uyğun gəlmədiyini ona xatırlatmalıdır. Amerikanın ağır hərbi texnikasının Pribaltikada yerləşdirilməsi NATO-nun bölgədə daimi ön bazaya malik olması anlamına gəlir.
Kobud geosiyasi oyunlara meylli olan Rusiyanın davranışlarına qarşı ən yaxşı taktika bütün güc və imkanların onun zəif tərəflərinə doğru yönəltməkdən ibarət ola bilər. İlk növbədə Rusiya çox böyük ölçüdə Qərb kapitalından və onun maliyyə sistemindən asılıdır. Rusiya elitası çoxdandır qloballaşıb və onlar rahatlığa, Qərb tərzində təhlükəsiz həyata üstünlük verirlər.

Kreml çalışır ki, sanksiyalrın ağır hesabını yalnız sadə rusiyalıların üzərinə yıxsın. Hakim elitanın bu yükü öz çiynlərində daşımaq fikri isə yoxdur.
Sanksiyaların birinci mərhələsi Rusiya iqtisadiyyatının hər hansı bir sektoruna deyil, Krımın ilhaq olunmasına cavabdeh olan şəxslərə şamil edilirdi. Bu siyahını artırmaq da mümkün idi. Məsələn Krımın ilhaq olunmasına səs vermiş bütün deputatları da buraya əlavə emək olardı.
Həmçinin eyni zamanda sanksiyanı genişləndirməklə yanaşı, onu daha da sərtləşdirərək, quldur və kleptokratları cəzəlandırmaq lazım idi. Bu siyahıya ailə üzvlərini əlavə etmək, sözssüz ki, müəyyən hüquqi problemlərə səbəb olardı. Lakin bu cür addımlar sanksiylara məruz qalanların öz maliyyə aktivlərini yaxınlarının hesabına köçürmək imkanından məhrum edə bilərdi.

Əlbəttə, Qərbin daha sərt mövqe tutması,müəyyən mənada Putinin milliyətçi baxışalrını – Rusiya düşmən qüvvələr tərəfindən mühasirəyə alınmış qaladır və Qərblə kompromisə getmək ölkə suverenliyini məhvə aparar kimi fikrlərini təsdiq də etmiş olardı.Ona görə də Putini küncə sıxışdırmaq və məsələləri danışıq yolu ilə yoluna qoymaq istəyən rusiyalılıarı qəzəbləndirmək də a təhlükəlidir. Qərb nəinki qarşılıqlı tədbirlər görməli, həm də sakitləşirməyi də bacarmalıdır.
Nəhayət yeni dünya nizamında elə də böyük əhəmiyyət daşımıyan indiki mövqeyə uyğunlaşmağa məcbur olan Rusiyanın həqiqətən də mənəvi və siyasi müdafiəyə ehtiyacı var. Bunun üçün Vaşinqton ikitərəfli Amerika-Rusiya prezident komissiyasını bərpa etməklə, yenidən Moskvanı hər iki ölkənin maraqlarına uyğun gələn bir neçə əsas məsələdə – İŞİD-ə qarşı mübarizədə, nüvə təhlükəsizliyi mövzusunda danışıqlara cəlb etmək olar.
Qərbin bundan sonrakı siyasətinin başlıca səciyyəsi daha yaradıcı və çox vektorlu olmalıdır. Sanksiyalr rejimini sərtləşdirmək mümükündür. Lakin əgər biz onun effektliyinin azalmasını istəmiriksə,onda həmin sanksiyalara bir sıra digər tədbirləri də əlavə etmək lazımdır.

Bütün obyektiv standartlara görə,Rusiya Qərblə müqayisədə xeyli zəifdir. Avtoritar dövlət olduğuna görə, Rusiyanın əsas gücü, demokratik Qərbdən fərqli olaraq, vahid siyasi iradənin varlığındadır. Bütün bunları nəzərə alaraq, Qərb müvafiq surətdə elə sanksiyalar üzərində dayanmalıdır ki, bu birbaşa Kremlə təsir göstərmiş olsun. Bundan əlavə daha geniş strateji plan hazırlanmalıdır. Həmin strategiyaya əsasən Moskva Qərblə əməkdaşlıq etməyə razı olmalı, Kremlin əks hücumları isə tamamilə məhdudlaşdırmalıdır.
Ümumi yekunda əsas döyüş, Putinin ağlında, qəlbində, həmçinin bank hesablarında və yaxın ətrafında gedəcək”.


Vaqif Nəsibov
AzPolitika.info






Fikirlər