İranda faciə — Canlı yayımda 17 mərtəbəli bina çökdü (FOTO+VİDEO)

İranda 17 mərtəbəli bina çöküb

Faciə nəticəsində 30 yanğınsöndürən həlak olub.

İranın köhnə binalarının birində baş verən yanğın tikilinin çökməsi ilə nəticələnib. 30 nəfər həlak olub, onlarla adam dağıntılar altında qalıb. Yanğının səbəbi bilinmir.

Televiziya canlı yayıma qoşulan vaxt bina çöküb. Dağıntılar altında 100 nəfərə qədər adamın qaldığı təxmin edilir. Yanğından sonra yanğınsöndürənlər yanğını söndürsələr də, bina çöküb. Əraziyə yaxın yerdə yerləşən Türkiyənin Tehrandakı səfirliyi boşaldılıb. Hadisə ilə bağlı istintaq başlayıb.

 

 






Fikirlər