BBC: "Təcili xəbər: Donald Tramp GÜLLƏLƏNDİ"
Teleradio şirkətinin mütəxəssisləri Twitter-dən xəbəri tez bir zamanda siliblər BBC teleradio şirkəti özünün Twitter hesabında ABŞ prezidenti Donald Trampın yaralanması barədə yayılan xəbərləri araşdırır. AzerTaym.az-in məlumatına görə, bu barədə Böyük Britaniyanın Mirror qəzeti xəbər yayıb. Araşdırmalar nəticəsində məlum olub ki, hakerlər BBC-nin Twitter hesabını sındıraraq belə bir məlumat yerləşdiriblər. “Təcili xəbər: prezident Tramp inauqurasiya mərasimində əlindən güllə yarası alıb”, - deyə hakerlərin yerləşdirdiyi xəbərdə deyilir. Lakin xəbər BBC mütəxəssisləri tərəfindən tezliklə silinib və buna görə üzr də istənilib.