Prezidentin telefon danışığı hamını DUYGULANDIRDI
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qan xərçəngindən (lösemiya) əziyyət çəkən Bədirxanla telefonla danışıb. Axar.az “Sabah”a istinadən xəbər verir ki, telefon danışığı görüntülü olub və Prezident Mətbuat Mərkəzində baş tutub. Ərdoğanı çox sevdiyini bildirən uşaq onunla görüşmək istədiyini dilə gətirib. Ərdoğan isə öz növbəsində onu Prezident sarayına dəvət edib. Məktəbə getməməsinə baxmayaraq, oxuma-yazma bacarığı olan Bədirxan Ərdoğana “Mən anadoluluyam” şeirini söyləyib.