100-dən çox dövlət müəssisəsi BAGLANIR

qirgizistan kirgizistan

Qırğızıstanda 114 dövlət müəssisəsi bağlanacaq, 63 idarə isə yenidən strukturlaşdırılacaq.

Trend-in məlumatına görə, bu barədə ölkənin baş naziri Sooranbay Cenbekov deyib. Nazirlər Kabinetinin iclasında çıxış edən S.Cenbekov dövlət büdcəsinə yük olan və bu səbəbdən bağlanacaq dövlət idarələrinin özəlləşdirilməsi və ya icarəyə götürülməsi üçün işlərin həyata keçiriləcəyini deyib. Onun sözlərinə görə, bu proses bir ay ərzində e-ticarət platforması üzərindən aparılacaq.

Bu arada Qırğızıstanda 1130 dövlət idarəsinin fəaliyyət göstərdiyi açıqlanıb.






Fikirlər