Sarkisyana daha bir ŞOK: Helikopterini vurmaq istədilər - FOTO
Qeyri-qanuni yollarla əldə edilmiş "İqla" zenit-raket kompleksinin köməyi ilə Ermənistanda yüksək vəzifəli şəxslərin olduğu vertolyotu vuraraq partlatmaq planlaşdırılıbmış. AzerTaym.az virtualaz.org-a istinadən bildirir ki, bu məlumatı "Haykakan jamanak" erməni qəzeti yayıb. Siyasi və hüquq-mühafizə orqanları dairələrində dolaşan məlumatlara görə, Ermənistan Təhlükəsizlik xidmətinin əlində olan səs yazılarına görə, Qarabağ separatçılarının keçmiş komandanı Samvel Babayan "İqla" ZRK-nin alınması və Ermənistana çatdırılması ilə bağlı danışıqlar aparıb.
Qəzet yazır ki, MTX-nin məlumatlarına əsasən, zenit-raket kompleksinin köməyi ilə Ermənistan prezidentinin və digər yüksək vəzifəli şəxslərin olduğu vertolyota zərbənin endirilməsi bəzərdə tutulubmuş. Xatırladaq ki, srağagün S.Babayan Yerevanda Gürcüstandan ölkəyə "İqla" ZRK-nin çatdırılması faktı üzrə başlanmış cinayət işi çərçivəsində həbs edilib. Yerli KİV ehtimal edir ki, S.Babayan Ermənistanın iki keçmiş və hazırki prezidentlərinə qarşı cinayətkar əməllər planlaşdıran silahlı qruplaşma yaradılmasında ittiham oluna bilər.