Tansu Çillər məhkəməyə məcburi GƏTİRİLƏCƏK

 O, 20 il əvvəl dövlət çevirilişinə cəhd məsələsi üzrə dindiriləcək

Ankara Ağır Cinayətlər Məhkəməsi Türkiyənin keçmiş baş naziri Tansu Çillərin məhkəməyə məcburi gətirilməsi barədə qərar qəbul edib.

“Report” "Haber7"yə istinadən xəbər ki, o, 1997-ci il fevralın 28-də dövlət çevirilişinə cəhd məsələsi üzrə dindiriləcək.

Sabiq baş nazirin şahid qismində ifadə verəcəyi məhkəmə prosesi iyulun 18-ə təyin olunub. 

Qeyd edək ki, 1997-ci ildə Nəcməddin Ərbakan Türkiyənin baş naziri, Tansu Çillər isə xarici işlər naziri olub.






Fikirlər