Vladimir Putindən ruslara sərt qadağa

Vladimir Putindən ruslara sərt qadağaRusiya prezidenti Vladimir Putin "Toplantı, mitinq, nümayiş, yürüş və piketlər haqqında" qanuna dəyişiklikləri imzalayıb.
Teleraf.com-un UNİAN-a istinadən xəbərinə görə, müvafiq qanun Rusiya hüququ ilə bağlı rəsmi internet-portalda yerləşdirilib.
Qanuna edilən dəyişikliklərə əsasən, mitinq və nümayişlər yerli vaxtla saat 7-dən tez başlaya və həmin gün 22.00-dan gec qurtara bilməz.
Qeyd edək ki, müvafiq dəyişiklikləri bu il sentyabrın 19-da Dövlət Duması qəbul edib. Oktyabrın 1-də Federasiya Şurası dəyişiklikləri bəyənib.






Fikirlər