İŞİD-in azərbaycanlı Əmiri öldürüldü - FOTO

İŞİD-in azərbaycanlı Əmiri öldürüldü - FOTOKoalisiya qüvvələrinin Kobaniyə hava hücumu zamanı İŞİD-in Qafqaz əmiri, azərbaycanlı Rövşən Bədəlov qətlə yetirilib.

"AzerTaym.az"-ın məlumatına görə, 50 yaşlı Bədəlov mücahidlər arasında "Xalid Azəri" ləqəbilə tanınır.
Hava hücumu zamanı Xalid Azərinin 25 "əsgəri"nin də həlak olduğu bildirilir.


Bədəlov kimdi?

1964-cü ildə Tərtər rayonunda andan olub. Dindar həyatından əvvəl siyasətlə məşğul olub. Hətta Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından olub,1992-ci il may hadisələri zamanı xüsusi fəallığı ilə seçilib.

1992-93-cü illərdə DİN-in Xüsusi Rotasının komandiri olub.İşlədiyi müddətdə də vətənpərvərliyi,cəsurluğu ilə hər zaman bir hərbçi kimi şəxsi heyət arasında fərqlənib.

2000 – 2001-ci illərdə Rusiya – Çeçenistan müharibəsinin arxa cəbhəsi hesab olunan Pankisi ərazisində “Tabuk” adlı qrupa rəhbərlik edib.

2001 – 2002-ci illərdə dəstəsi ilə birlikdə Azərbaycana qayıdaraq Qarabağda döyüşmək istəyən Bədəlov həbs olunaraq 10 il azadlıqdan məhrum edilib.

2013-cü ildə həbsdən çıxan Rövşən Bədəlov 1 ay sonra Suriyaya gedib. Aralarında azərbaycanlıların da olduğu qafqazlılardan ibarət “Tabuk” qrupunu yaradan Bədəlov daha sonra İŞİD-ə qoşulub.


Hərbi bacarığına və döyüş təcrübəsinə görə, qısa müddət ərzində Qafqaz əmiri vəzifəsinə qədər yüksəlib.






Fikirlər