Böyük Britaniyanın baş naziri ABŞ prezidentini TƏNQİD EDİB
Realliq.info xarici mətbuata istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Tereza Mey ABŞ Prezidenti Donald Trampın Şarlotsvil hadisələri ilə bağlı mövqeyini şərh edərkən deyib. Baş nazir KİV üçün bəyanatında ABŞ prezidentinin mövqeyini tənqid edib: "Mən faşist baxışlarının tərəfdarları və onlara qarşı çıxanlar arasında bərabərlik görmürəm. İrqçilik, nifrət və zorakılığın ideyasını təbliğ edən bu qruplara nifrət edirəm. Böyük Britaniya ultrasağ qruplarla bağlı tədbirlər görüb. Məsul vəzifədə olan şəxslərin radikalların baxışları ittiham etməsini zəruri hesab edirəm", - o bildirib.