London polisi Britaniya XİN rəhbərinə küçədə velosipedlə gəzməyi qadağan etdi

London polisi Britaniya XİN rəhbərinə küçədə velosipedlə gəzməyi qadağan etdi

Londonun polis xidməti terror təhdidi ilə əlaqədar Böyük Britaniyanın yeni xarici işlər naziri Boris Consona paytaxt küçələrində velosipedlə gəzməyi qadağan edib. 

"Report"un məlumatına görə, bu barədə "Newsru" agentliyi xəbər yayıb. Məlumata görə, xarici işlər naziri indi işə xidməti "Limuzin" avtomobili ilə gedib-gəlməyə məcburdur. Britaniyanın "The Daily Mail" qəzeti Boris Conconun son günlərə qədər Tauer körpüsündə və şəhərin digər yerlərində velosipedlə gəzdiyini, evdən işə bu nəqliyyat vasitəsi ilə gedib-gəldiyini yazıb. Xarici işlər naziri seçilən Boris Conson London polisinin ona velosipedlə gəzməyi qadağan etdiyi günə qədər bu ənənəni davam etdirəcəyinə ümid edib. 
Nazirin dostu "The Sun" qəzetinə bildirib ki, polisin qadağası nazirin narazılığına səbəb olub. Lakin o, sonda bununla razılaşmalı olub.

 






Fikirlər