Britaniya hökuməti haqda şok məlumatlar – Hansı nazirlər pedofil olub (Siyahı)
Məlum olub ki, MI5 keçmiş baş nazir Marqaret Tetçerin hökumətində bəzi yüksək vəzifəli məmurların pedofil olmalarını qəsdən gizlədib.
AzNews.az xəbər verir ki, bu məlumatı cümə axşamı Britaniyanın “Times” qəzeti yayımlayıb.
Qəzetin məlumatına görə, təhlükəsizlik xidməti bunu hökumətin siyasi sıxışdırılmasının qarşısını almaq üçün edib.
Nəşrin yazdığına görə, Britaniya Nazirlər Kabinetinin katibliyinin arxivində tapılan “müxtəlif sənədlər” qeydli qovluqlar belə qənaətə gəlməyə əsas verir. Əvvəllər bu sənədlər itirilmiş və ya məhv edilmiş hesab olunurdu.
O zaman MI5-də baş direktor vəzifəsini daşıyan Entoni Daff kabinetin katibi Robert Amstronqa ünvanlanan 1986-cı il, noyabr tarixli məktubunda Tetçer hökumətinin bir neçə məmurunun azyaşlılarla münasibətdə şübhəli bilindiyini yazıb.
“Hazırda... hökumətin siyasi sıxışdırılma təhdidi təhlükəsizlik təhdidindən daha güclüdür”,- deyə qəzet Daffın məktubundan sitat gətirib.
Məlumata görə, azyaşlılarla münasibətdə şübhəli bilinənlərə Parlamentin katibi Piter Morrison, daxili işlər naziri Leon Brittan, diplomat Piter Heyman və nazir Uilyam van Ştrobenzi aid edilib.