Jurnalist prezidentdən saatını istədi - "Yaxşı ki, ŞALVARIMI İSTƏMƏDİN"

Jurnalist prezidentdən saatını istədi - "Yaxşı ki, şalvarımı istəmədin" - VİDEO

Qırğızıstanda keçirilən mətbuat konfransı zamanı mətbuat işçisi Qırğızıstan prezidenti Almazbek Atambayevdən saatını ona hədiyyə etməsini istəyib.

AzerTaym.az xəbər verir ki, Qırğızıstanın "De-Fakto" qəzetinin baş redaktoru Amantur Musaqulov bu istəyini prezidentin 6 illik hakimiyyətinə həsr edilmiş mətbuat konfransında dilə gətirib.

Jurnalist sual vermək üçün mikrofona yaxınlaşıb və gördüyü yuxudan danışıb:

"Hörmətli prezident mən yuxuda gördüm ki, siz öz saatınızı mənə hədiyyə etmisiz. Bu günün xatirəsi olaraq saatınızı mənə verə bilərsiz?"

Saatını jurnalistə hədiyyə edən prezident Almazbek Atambayev isə öz növbəsində "Yaxşı ki, şalvarımı istəmədin"-deyərək zarafatla qarşılıq verib.

Prezident administrasiyasının verdiyi məlumata görə, dövlət başçıları sözügedən saatı dövlət səviyyəsində xidmətlərinə görə təltif etdiyi şəxslərə hədiyyə edir.

Prezident A.Atambayevin vəzifə səlahiyyətləri 24 noyabrda sona çatacaq. Ölkəyə rəhbərlik 15 oktyabr tarixində keçirilən seçkilərdə səs çoxluğu ilə birincilik əldə edən Sooronbay Xenbekova təhvil veriləc

 






Fikirlər