VƏLİƏHƏD ŞAHZADƏ: "Məsciddəki terror bizi HÖRMƏTDƏN SALIR"

Vəliəhd şahzadə: "Məsciddəki terror bizi hörmətdən salır"

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Misirdə məsciddə törədilən terror aktına münasibət bildirib.

Publika.az xəbər verir ki, şahzadə hadisənin terrorizmlə mübarizəyə dair qurulan “İslam Ölkələri Terrorla Mübarizə Koalisiyası”nın gücləndirəcəyini deyib.

O, hadisə barədə paytaxt Riyadda əksəriyyəti müsəlman olan 40 ölkənin müdafiə nazirlərinin iştirak etdiyi toplantıda çıxış edərkən danışıb:

“Terrorizm və ekstremizmin beynəlxalq rolunu güclü və beynəlxalq səviyyədə dəyərləndirmək lazımdır. Terror qaynaqlı ən böyük təhdid sadəcə məsum insanların ölməsi və nifrətin yayılması deyil, eyni zamanda dinimizin hörmətinə zərər vermək və inancımızı pozmaqdır”.

Qeyd edək ki, 2 il öncə Məhəmməd ibn Salman tərəfindən qurulan koalisiya hələ ki, Misirdəki məsciddə baş verən terror hadisəsi ilə bağlı heç bir addım atmayıb. Ancaq səlahiyyətli şəxslər koalisiyaya üzv olan ölkələrin terrorçularla mübarizədə bir-birilərinə hərbi, maliyyə və təhlükəsizlik qrupları ilə yardım edə biləcəyini bildirib.

İran, İraq və Suriya hazırda koalisiyanın üzvü deyil. Qurulan zaman ittifaqın bir parçası olan Qətər isə körfəz böhranı səbəbilə toplantıya dəvət edilməyib.






Fikirlər