Jirinovskidən ŞOK dəstək: Əlinizi MİŞADAN çəkin!

Mixail Saakaşvili ilə bağlı yaranan vəziyyət Ukrayna hakimiyyətinin demokratiya haqqında dediklərini tam təkzib edir.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib. Onun sözlərinə görə, Saakaşvilini izləməklə Ukrayna hökuməti özü-özünü biabır edir:

“Onun Rusiyaya qarşı nə qədər mənfi münasibət göstərməsindən asılı olmayaraq, o, tamamilə işinə aludə olub, canavar kimi işləyir. Bunu ondan ala bilmərik. Saakaşvili Kiyevdəki “demokratlar” üçün sərfəli deyildi, ona görə də onu bəhanə ilə qovdular. Saakaşvili Poroşenkoya qarşı impiçment kampaniyası başladacağını deyəndə onu vətəndaşlıqdan məhrum etdilər. Onun Poroşenkonu dinc yolla uzaqlaşdırmasına “demokratik hökumət” necə cavab verdi? Onu həbs etməyə çalışdılar, amma bunu da bacarmadılar. Əlinizi Mişikodan çəkin”.






Fikirlər