Türkiyədə gərginlik: 3 nəfər öldürüldü
Türkiyənin Şırnak rayonunda PKK-nın gənclik qolu ilə Xüda-Par üzvləri arasında atışma baş verib.
Teleqraf.com-un məlumatına görə, Şırnak valiliyi açıqlama verərək atışmada 3 nəfərin öldüyünü bildirib. İlkin məlumatlara görə, iki qrup arasında dava baş verib.
Dava sonradan silahlı atışmaya çevrilib. Ara küçədə qrup üzvləri silahlarını çıxararaq atəş açmağa başlayıb. İki nəfər hadisə yerində ölüb. Yaralı bir nəfəri isə xəstəxanaya çatdırıldıqdan sonra xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı Türkiyənin baş naziri Əhməd Davudoğluna məlumat verilib. Davudoğlu bu günkü görüşlərini təxirə salıb.