MSK Putinlə bağlı QƏRAR VERDİ

MSK Putinlə bağlı qərar verdi

Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) ölkənin hazırkı prezidenti Vladimir Putinə imzatoplama kampaniyasına başlamağa icazə verib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda MSK-nın açıqlamasında deyilir.

Vladimir Putin indi seçki fondunun formalaşdırılması üçün xüsusi hesabı aça bilər.

Rusiyanın seçki qanunvericiliyinə görə, prezident postuna namizəd kimi qeydiyyata alınması üçün ən azı 300 min imza toplanılmalıdır. Bir regiondan toplanan imzalar isə 7,5 mindən çox olmamalıdır.

Qeyd edək ki, prezidentin növbəti seçkiləri 2018-ci il martın 18-də keçiriləcək. Seçki kampaniyası dekabrın 18-də rəsmən başlayıb.






Fikirlər