2017-ci ildə ABŞ-da 128 POLİS ƏMƏKDAŞI ölüb
2017-ci ildə Birləşmiş Ştatlarda 128 polis əməkdaşı xidməti vəzifəsini icra edən zaman həyatını itirib. “Report” xəbər verir ki, bu barədə ABŞ-ın Hüquq-Mühafizə Orqanları Əməkdaşlarının Milli Memorial Fonduna istinadən TASS məlumat yayıb. Fondun bəyanatında bildirilir ki, 8 polis əməkdaşı pusquya düşüb, 44 nəfər odlu silah yarasından, eləcə də ailə münaqişələrinin nizamlanması üzrə çağırışlar zamanı ölüb, 47 polis yol qəzasına düşüb. Ötən il bu göstərici 143 nəfər təşkil edib. Onlardan 66 nəfəri cinayətkarlar tərəfindən öldürülüb. Bununla belə, 2017-ci ildə qanun keşikçiləri tərəfindən 970-dən yuxarı, 2016-cı ildə isə 963 nəfər öldürülüb.