Milli Bank sədrinin üstünə saxta dollar atdılar - (Video)

Milli Bank sədrinin üstünə saxta dollar atdılar - (Video)Ukrayna Radikal Partiyasının sədri Oleq Lyaşko ölkənin Milli Bankının sədri Valeriya Qontaryovanın üstünə saxta dollarlar atıb.

APA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Ali Radanın iclası zamanı baş verib.
V. Qontaryova tribunadan çıxış edən zaman O. Lyaşko ona yaxınlaşaraq üstünə saxta əsginaslar atmağa başlayıb.
Bunu görən Ali Radanın sədri Vladimir Qroysman O. Lyaşkonu sakitləşməyə çağırıb, habelə hüquq-mühafizə orqanlarından əsginasların saxta olub-olmadığını araşdırmağı tələb edib.







Fikirlər