BƏƏ Qətər ŞEYXİNİ əsir saxlayır

BƏƏ Qətər şeyxini əsir saxlayır

Körfəz böhranı çərçivəsində Birləşmiş Ərəb Əmirliklərini ziyarət edən Qətər şeyxi Abdulla İbin Əli Əl Saninin ölkədə əsir saxlanıldığı iddia edilib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, bu barədə şeyx "Al Jazeera" telekanalında yayımlanan video lentdə məlumat verib. O, böhranın həlli üçün 5 iyun 2017-ci il tarixində BƏƏ-yə gedib və geri qayıtmayıb. Şeyx videoda "Əvvəlcə BƏƏ vəliəhdi Şeyx Məhəmməd İbin Zayid tərəfindən qonaq edilirdim, lakin artıq ölkədə zorla saxlanılıram. Əgər başıma bir şey gəlsə, buna görə Qətəri günahlandırmayın" fikirlərini qeyd edib. 
Qətər xarici işlər nazirliyi hadisə ilə maraqlanmağa çalışdıqlarını, amma BƏƏ ilə bütün əlaqələr kəsildiyi üçün bunun çətin olduğunu açıqlayıb.
Qeyd edək ki, BƏƏ hakimiyyəti Şeyx Saninin ölkədə zorla saxlanılmadığını, öz tələbi ilə qonaq olduğunu və istədiyi zaman ölkəsinə qayıda biləcəyini vurğulayıb. 
Abdulla İbin Əli Əl Sani hakimiyyətdə olan Sani ailəsinin qabaqcıl nümayəndələrindən hesab olunur.

 






Fikirlər