Rumıniyanın baş NAZİRİ istefa verdi

Rumıniyanın baş naziri Mixay Tudose istefa verib.

BakuPost-un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yanvarın 15-də Rumıniyanın hakim Sosial-Demokrat partiyasının fövqəladə toplantısı keçirilib. Partiyanın icraiyyə komitəsi baş nazirin siyasi dəstəkdən məhrum edilməsinə səs verib.
Nəticədə Mixay Tudose istefa verdiyini bəyan edib. Onun səlahiyyətlərini müvəqqəti olaraq baş nazirin müavini Paul Stenesku icra edəcək. Qeyd edək ki, sabiq iqtisadiyyat naziri 51 yaşlı Mixay Tudose ötən ilin iyunundan Rumıniya hökumətinə başçılıq edirdi.






Fikirlər