SƏDDAM Hüseynin QIZI AXTARIŞA verildi
İraqın hakimiyyət orqanları ilk dəfə axtarışda olan cinayətkarların siyahısını açıqlayıb. Publika.az xəbər verir ki, siyahıda 60 şəxsin, o cümlədən keçmiş prezident Səddam Hüseynin İordaniyada olan böyük qızı Raqadın da adı var. Siyahıda İŞİD-in 28 səhra komandiri, "Əl Qaidə"nin 12 başçısı, Səddam Hüseynin devrilməsindən sonra 2003-cü ildə buraxılmış BƏƏS-in funksionerləri barədə informasiyalar və ittihamlar var. Həmin şəxslər arasında hazırda yeri hələlik məlum olmayan İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin adı yoxdur. Mənbə telekanala bildirib ki, ittiham edilənlər İraqdan kənardadırlar. Onların ekstradisiyası məsələsi İnterpolla birlikdə həll ediləcək.