Rus generalı: “Onu Səddam Hüseynin taleyi gözləyir”

Rus generalı: “Onu Səddam Hüseynin taleyi gözləyir”

Ukrayna prezidenti Pyotr Poroşenko İraqın keçmiş lideri Səddam Hüseynin taleyini paylaşmalıdır.

Publika.az xəbər verir ki, bunu Rusiyanın sabiq vitse-prezidenti, aviasiya generalı Aleksandr Rutskoy “Sarqrad TV”-nin efirində çıxışı zamanı deyib.

“Müharibələri əsgərlər deyil, siyasətçilər təşkil edirlər. Gəlin xatırlayaq, Səddam Hüseyni niyə edam etdilər? O, guya kimyəvi silah tətbiq etdi və 200 kürd həlak oldu. Və onu asdılar. Poroşenkonun göstərişi ilə nə qədər insan həlak oldu? O, Səddam Hüseyn ilə eyni yerdə olmalıdır”, - deyə general bildirib.

Bundan başqa, onun fikrincə, Ukrayna dövlət kimi dağılacaq və Donbas müstəqil olacaq: “Çünki insanlar heç vaxt öz yaxınlarının həlak olmasını bağışlamayacaq”.

Qeyd edək ki, 2003-cü ildə ABŞ və Böyük Britaniyanın rəhbərliyi altındakı çoxmillətli koalisiya qoşunlarının İraqı işğal etməsi nəticəsində hakimiyyətdən devrilmiş Səddam Hüseyn 2006-cı il dekabrın 30-da İraq Ali Məhkəməsinin qərarına əsasən asılaraq edam edilib. O, 1982-ci ildə sui-qəsdə məruz qaldığı Dudceyl kəndində sakinlərin kütləvi qətlində ittiham olunub.






Fikirlər