Səddam asılmayıb, yaşayırmı? – VİDEO
Səddam tutulmayıbmış?
Məlumatları yayan mənbə ümumiyyətlə, İraq diktatorunun həbsini inkar edir, onun tutulması barədə videogörüntülərin həqiqiliyini şübhə altına alır və bunu Buş administrasiyasının hazırladığı ssenari əsasında çəkilmiş klip adlandırır: «Səddamın ələ keçirilməsini əks etdirən videogörüntülərdə saralmış xurmalar, qurudulmuş ət və meyvələr gözə dəyir. Nəzərə alsaq ki, sabiq İraq lideri həbs ediləndə dekabr ayı idi, bu ölkədə isə qurutma işləri may-iyul aylarında aparılır, dekabrda isə saralmış xurma heç vaxt ola bilməz, onda həmin lentin qondarma olduğu üzə çıxar».
Mənbə iddia edir ki, əslində həbs edilən əsl Səddam yox, onun dublyoru olub. Tarixdə oxşarları olan siyasi liderlərin siyahısı kifayət qədər genişdir: Çində Mao, SSRİ-də Stalin, Kubada Kastro, İngiltərədə Çörçill… Maraqlıdır ki, Səddamla yanaşı, mərhum oğlu Udayın da bənzəri var. Bu dublyorun ad və soyadı da məlumdur: Latif Yəhya. Araşdırmaçılar Səddamın öjzünün üç oxşarının olduğunu iddia edir.
Asılan Səddamdır, yoxsa…
Anonim mənbənin İnternet vasitəsilə yaydığı məlumatda bildirilir: «Alman əsilli tibb elmləri doktoru Dieter Buhman apardığı araşdırmalar nəticəsində keçmiş İraq diktatorunun ən azı 3 oxşarının olduğunu müəyyənləşdirib. Bunun üçün o, minlərcə fotoqrafdan və 30-a yaxın videogörüntünü incələyib. Bundan başqa, alman televiziyalarından biri Avropada yaşayan keçmiş İraq xüsusi xidmət orqanları əməkdaşına istinədən, 1998-ci ildən sonra Səddam Hüseyn adına yayımlanan video və foto görüntülərdəki şəxsin əslində keçmiş İraq liderinin dublyoru olduğunu elan edib».
Təxminən 25 il ərzində Səddamı araşdıran qulaq, burun və boğaz üzrə tanınmış iranlı uzman Muhammed Esasidi isə bildirib ki, 1999-cu ilədək diktatorun görüntülərində qulaq quruluşu və sifət cizgiləri sabit olub, amma həmin tarixdən sonra Səddamın qulaq quruluşunda ani dəyişikliklər müşaiyət edilməyə başlayıb. Esasidi 2003-cü il martın 3-də Hollandiya telekanallarına verdiyi müsahibədə 1999-cu ildən sonra mediada göstərilən «Səddam Hüseyn»-in əslində Mixail Ramazan adlı dublyor olduğunu deyib. Mixail Ramazan 19 il İraq diktatorunun dublyorluğunu yapıb. M. Ramazan sonradan yazdığı ikicildlik kitabda İran-İraq savaşı zamanı rəsmi Tehranın Səddamın dublyorlarından birini öldürtdüyünü açıqlayıb.
İraqı 6 il başqa Səddam idarə edib?
Ən maraqlı məqamlardan biri isə budur ki, İraqın özündə 1997-ci ildən başlayaraq, ölkəni Səddamın oxşarlarından birinin idarə etdiyinə dair şübhələr dolaşır. Sadə xalq arasındakı şaiyələrə görə, 6 il ərzində İraqı Səddamın Qasım əl-Əli adlı dublyoru yönədib. Bununla mütəxəssislər də razıdır. Onlar sübut kimi, gerçək diktatorun şivəsini və danışıq tonunun fərqliliyini göstərirlər. Əsl Səddamın danışdığı ərəbcə İraq xalqının Bağdad və Tiqrit bölgəsində yaşayan kəsiminin şivəsidir. Amma 1997-ci ildən sonrakı «Səddam» qəfildən ölkənin güney kəsiminin (Bəsrə) şivəsində danışmağa başlayıb. Yəni istənilən halda 1997-ci ildən sonra İraq liderinin qiyafəsində ekranlara çıxarılan şəxs əsl Səddam Hüseyn deyildi.
1990-cı ildəki Küveyt savaşının ardınca Avropaya mühacirət edən bir yerli həkimin sözlərinə görə, İran-İraq müharibəsindən sonra Səddam Hüseyn xərçəngə düçar olub: «Mən mühacirət edəndə o, yataqda yaşam mücadiləsi verirdi. 1991-ci ildən sonra gerçək Səddamı heç kim media qarşısında görməyib. Böyük ehtimalla o, artıq ölmüşdü».
Əsl Səddamın dublyorundan 6 fərqi
Aparılan müqayisələr sonucu gəlinən qənaət ondan ibarətdir ki, gerçək Səddamın oxşarlarından 6 görünüş fərqi var ki, bunu ayırd etmək üçün azacıq diqqətli olmaq kifayət edir. Bunlar aşağıdakılardır:
1. Əsl Səddamın saçı oxşarınkından daha seyrək, daha sərt və qıvırcıqdır.
2. Əsl Səddamın qulağı daha kiçikdir.
3. Əsl Səddamın sifətinin sol hissəsində xal yoxdur.
4. Əsl Səddamın burnu oxşarınkından xeyli balacadır.
5. Əsl Səddamın çənəsində çüxur var. Alt dodağı isə daha böyük və önə doğru çıxmış şəkildədir.
6. Əsl Səddamın alın cizgiləri qabarıqdır və dublyoru ilə müqayisəyə gəlmir.
Bütün bunlardan sonra, anonim mənbə əminliklə bildirir ki, İraq hökumətinin barəsində edam qərarı çıxardığı və asdığı şəxs əslində gerçək Səddam Hüseyn olmayıb, əslində onun dublyorlarından biridir. Hələlik internetdə geniş yayılmış bu iddialara İraq hökuməti və bu ölkədəki ABŞ qoşunları komandanlığı aydınlıq gətirməyib.