"Yanukoviçi biz devirdik"- Obamadan sensasion etiraf

"Yanukoviçi biz devirdik"- Obamadan sensasion etirafABŞ prezidenti Barak Obama bildirib ki, Birləşmiş Ştatlar ötən ilin əvvəllərində Ukraynada hakimiyyət dəyişikliyində vasitəçilik edib.

Virtualaz.org saytı xəbər verir ki, Obama bu haqda CNN telekanalına müsahibəsində bildirib.

“Putin Ukraynaya və Krıma dair bu qərarlarını ona görə vermədi ki, hansısa böyük strategiyaya malik idi. Mahiyyətcə ona görə belə elədi ki, Maydan etirazları onu qəfil haqladı. Yanukoviçin bizim Ukraynada hakimiyyət dəyişikliyində vasitəçiliyimizdən sonra qaçması da onun üçün gözlənilməz oldu” - deyə Obama bildirib.

ABŞ prezidenti deyib ki, Krımın Rusiyanın tərkibinə qatılmasından sonra ABŞ Moskvanın mümkün qədər çox ziyan çəkməsinə nail olub. Birləşmiş Ştatlar Ukraynaya dəstək verməkdə və Rusiyaya qarşı təzyiqlər göstərməkdə davam edir. Obama Rusiyaya qarşı sanksiyaların effekt verdiyini də bildirib.

Obama ABŞ-la Rusiya arasında hərbi münaqişəni istisna edib. Bununla belə qeyd edib ki, Vaşinqton NATO-nun Şərqi Avropadakı qüvvələrini artırmasına nail olacaq.






Fikirlər