İngiltərənin daxili işlər naziri Amber Radd istefa verib.
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, Radd parlamentə qeyri-qanuni miqrantların deportasiyası barədə yanlış məlumatlar verməkdə ittiham edilirdi.
Son olaraq Raddın baş nazir Tereza Meyə ünvanladığı məktub ortaya çıxıb. Mətndə növbəti illərdə qeyri-qanuni miqrantların azı 10%-nin deportasiyanın əsas hədəf olduğu vurğulanır. Deportasiyası planlaşdırılan miqrantların sırasına II Dünya Müharibəsindən sonra Qəraib dənizi ərazisi və Böyük Britaniyanın müstəmləkələrindən gələn işçi qüvvəsi daxil edilir.
Amber Radd nazirlik daxilində ölkədəki qeyri-qanuni miqrantların qovulması ilə əlaqədar konkret say hədəfi barədə məlumatı olmadığını iddia etmiş, parlament və ictimaiyyətə yanlış məlumat vermişdi. "Guardian" qəzeti nazirin Tereza Meyə məktubunu dərc edəndən sadəcə bir neçə saat sonra o, istefa vermək məcburiyyətində qaldı.
Fikirlər