HÖKUMƏT İSTEFA verəcək - SABAH
Bazar ertəsi Dmitri Medvedevin rəhbərliyi ilə Rusiya hökuməti istefa verəcək. Növbəti gün isə Nazirlər Kabinetinə yeni baş nazirin təyin ediləcəyi gözlənilir AzerTaym.az bildirir ki, mayın 7-də Vladimir Putin inauqurasiyadan sonra baş nazir postuna namizədin adını açıqlayacaq. Mayın 8-də isə onun təyinatı Dövlət Dumasında müzakirə ediləcək. İnauqurasiyadan sonra Putin baş nazirin adının açıqlanacağı fərman imzalayacaq. İstefa baş nazir, onun müavinləri və federal nazirləri əhatə edəcək.