Erməni general: "Azərbaycanlı nazirlə əlaqəmiz vardı, prezident də BUNU BİLMİRDİ"

Erməni general:

1993-cü ildə Ermənistanda müdafiə nazirinin vəzifəsini icra edən, general-leytenant Norat Ter-Qriqoryans həmin illərdə Azərbaycanın müdafiə naziri ilə operativ əlaqəyə malik olduğunu açıqlayıb.
 publika.az xəbər verir ki, keçmiş nazir azərbaycanlı həmkarı ilə əlaqə saxladığını bildirib: 
"Mən həmişə Azərbaycanın müdafiə naziri ilə danışıq əlaqəmiz vardı. Bu, çox lazımlı idi. İndi də belə bir əlaqəyə böyük ehtiyac var. Biz düşmən idik, lakin əlaqə saxlayırdım, mən şəxsən müdafiə naziri ilə danışırdım. Bu əlaqə vasitəsilə çox problemlər həll edilirdi. Hətta prezident Levon Ter-Petrosyan bizim azərbaycanlılarla nə danışdığımızı bilmirdi, bir çox məsələ hərbçilər arasında həll olunurdu".






Fikirlər