Camal Qaşıqçı cinayətinin animasiya çarxı HAZIRLANDI - VİDEO
Axar.az xəbər verir ki, sözügedən çarx “Yeni Akit” nəşrində yayımlanıb. Nəşr həmçinin, türk polisinin konsulluq binasına daxil olması ilə birlikdə hadisənin üstünün açılmasına daha da yaxınlaşıldığını qeyd edib. İstanbuldakı Səudiyyə Ərəbistanı Baş Konsulluğuna daxil olduqdan sonra yoxa çıxan jurnalist Camal Qaşıqçının ətrafında baş verən hadisələr animasiya çarxı vasitəsilə oxuculara təqdim edilib.