Kral ailəsini tənqid edən JURNALİST YOXA ÇIXDI

Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salmanı tənqid edən edən jurnalist yoxa çıxıb.

Oxu.Az The Washington Post-a istinadən xəbər verir ki, sözügedən qəzetin köşə yazarı olan Camal Khaşoqi Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğa baş çəkdikdən sonra onu görən olmayıb.

Jurnalistin şəxsi səhifəsində onun Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda həbs olunduğuna dair məlumat yerləşdirilib.

C. Khaşoqinin dostu Turan Kıslakçı isə əmindir ki, jurnalist konsulluqda saxlanılır.

Bildirilir ki, Khaşoqi ötən ildən ABŞ-da yaşayır. O, Səudiyyə Ərəbistanında həbs olunacağından qorxurdu.






Fikirlər