Ərdoğanın TƏYYARƏSİNİN tarixə keçən PİLOTU ÖLDÜ - FOTO
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Baş nazir olduğu dövrdə “Boeing 777” tipli xidməti təyyarəsində pilotluq etmiş Sərdar Xəlil Girgin yol qəzasında dünyasını dəyişib. AzerTaym xəbər verir ki, o, Zonquldak-İstanbul yolunda idarə etdiyi motosikletlə yol kənarındakı qaya parçalarına çırpılıb. Ağır xəsarət alan Girgin xəstəxanaya yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, 53 yaşlı pilot 2013-cü ildə Sankt-Peterburq-Buenos-Ayres reysi ilə 16 saat fasiləsiz uçuş edərək ən uzunmüddətli uçuş kimi Türk Hava Yollarının tarixinə düşüb.