Obama İranı müharibə ilə hədələdi...

Obama İranı müharibə ilə hədələdi...İranla bağlanmış müqavilə rəsmi Tehrana dünya birliyinin əməkdaşlıqda maraqlı olması ilə bağlı siqnaldır. Amma əgər diplomatik yollar nəticə verməsə, ABŞ hərbi güc tətbiq edəcək”.

İnterpress.az xəbər verir ki, bu barədə prezident Barak Obama BBC-yə müsahibəsində bildirib.

Prezidentin müsahibəsinin ikinci hissəsi iyunun 24-də yayınlanıb. Obama qeyd edib ki, iranlılara açıq siqnal göndərilib: “Biz İran razılaşması əldə etdik, ancaq indiyə qədər də İrana çoxlu suallarımız var. Bunların üzərində işləməliyik. Əgər lazım gəlsə, onlardan bəzilərinin üstündə hərbi yolla çalışacağıq”.






Fikirlər