Matviyenko üçüncü dəfə sədr seçildi
Valentina Matviyenko yenidən Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri seçilib. “Qafqazinfo”nun “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu posta başqa namizədlər olmayıb. Matviyenkonun namizədliyini ötən gün Federasiya Şurasının payız sessiyasının birinci plenar iclasında palatanın vitse-spikeri Nikolay Fyodorov irəli sürüb. Onun lehinə yekdilliklə, 153 senator səs verib. Bununla da o, üçüncü dəfə bu vəzifəyə rəhbər gətirilib.