- 16-03-202512-03-202511-03-2025
Fikirlər
-
Reklam
-
Əsas xəbərlər
Azərbaycanın Xalq artisti Ənvər Həsənov 75 yaşında vəfat edib.
AzerTaym.az bildirir ki, bu barədə jurnalist Vasif Ayan sosial şəbəkə hesabında yazıb.
O qeyd edib: "Çox böyük təəssüf hissi ilə bildirirəm. Əziz dostum, görkəmli sənətkar Ənvər Həsənov az öncə dünyasını dəyişdi. Qızı Aytən xəbəri göz yaşları içərisində mənə az öncə bildirdi. Çox sarsıldım. Ruhun şad olsun, Ənvər əmi. "Uşaqlığın son gecəsi" bitdi..."
Qeyd edək ki, Ə.Həsənov "Uşaqlığın son gecəsi" filmindəki Murad obrazı ilə Azərbaycan tamaşaçılarının sevgisini qazanmışdı.
Aktyor uzun müddət idi ki, ağır xəstəlikdən mülaicə alırdı.