“Sülh Çeşməsi” hərəkatı ilə bağlı açıqlama- "ANKARANIN NARAHATLIĞINI BAŞA DÜŞÜRÜK"

Rusiya və Pakistandan “Sülh Çeşməsi” hərəkatı ilə bağlı açıqlama

Rusiya və Pakistanın Xarici İşlər Nazirlikləri Türkiyənin Suriyada başladığı “Sülh Çeşməsi Hərəkatı”na münasibət bildiriblər.

Gununsesi.org Türkiyə KİV-nə isitnadən xəbər verir ki, Rusiyanın Xarici işlər naziri Sergey Lavrov rəsmi

Ankaranın narahatlığını başa düşdüklərini deyib:

Suriya böhranının əvvəlindən Türkiyənin davamlı olaraq sərhədlərinin təhlükəsizliyi barədə narahatlığını başa düşürük. Eyni zamanda bu narahatlığın 1998-ci ildə Dəməşq və Ankara arasında “Adana müqaviləsi” əsasında aradan götürülməli olduğunu dəfələrlə vurğulamışıq. Bu, hər iki tərəf üçün əlverişli vasitədir”.

Pakistanın Xarici işlər nazirinin sözçüsü Muhammed Faysal Türkiyəni dəstəklədiklərini bildirib:

“3,5 milyondan çox Suriyalı qaçqına ev sahibliyi edən Türkiyəni humanist addımlarına görə təbrik edirik və türkiyənin bölgədəki təhlükəsizlik qayğılarını başa düşürük. Türkiyə də Pakistan kimi terror qurbanı olmuş ölkələrdən biridir”.






Fikirlər