Müxalifətçilər Egemen Bağışı parlamentdən qovdular - Video
Türkiyənin Avropa Birliyi naziri Egemen Bağış Türkiyə Böyük Millət Məclisindən çıxarıldı.
Azertaym.az-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, nazirin Məclis Qurultayına gəlişindən dərhal sonra müxalif deputatlar narazılıq etməyə başlayıblar. Cümhuriyyət Xalq Partiyası İstanbul Millət vəkili Mahmud Tanal sərt sözlərlə çıxış edərək Bağışın salonu tərk etməsini istəyib:
"Bu nazir buradan çıxardılmalıdır. Geyindiyi paltarın hesabını verməlidir. Adı rüşvət qalmaqalına qarışan bir nazirin burada nə işi var?"
Vəziyyətin gərginləşdiyini görən iqtidarlı millət vəkilləri və nazirlər Bağışın Məclisi tərk etməsi üçün onu razı salmağa çalışıblar. Egemen Bağış təzyiqlərdən sonra salonu tərk edib.