NATO-dan SON DƏQİQƏ Türkiyə açıqlaması: "ABŞ və İngiltərə..."
"Norveç, ABŞ, Kanada və İngiltərə, cənubda isə Türkiyə Avropanı təhlükəsiz saxlamaq üçün açar ölkələrdir”. Publika.az xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq deyib. O qeyd edib ki, Avropa İttifaqı təkbaşına Avropanı hərbi baxımdan qoruya bilməz. İttifaq üzvü ölkələrin müdafiə xərclərini NATO-nin tələb etdiyi səviyyəyə çatdırmalarını istəyən baş katib Almaniyanın müdafiə xərclərini ABŞ-a yaxşılıq olsun deyə deyil, əksinə, öz təhlükəsizliyini təmin etmək üçün artırmasının vacib olduğunu bildirib.