SON DƏQİQƏ: General qəfil əmr verdi: Şiddətli döyüşlər BAŞLADI...

SON DƏQİQƏ: General qəfil əmr verdi: Şiddətli döyüşlər başladı

Liviyada general Xəlifə Haftarın rəhbərlik etdiyi silahlılar Sirt şəhərinin mərkəzi rayonlarını ələ keçirib.

Publika.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Məlumata görə, şiddətli döyüşlərdən sonra silahlılar şəhərə daxil olub. Bölgədə strateji önəmə sahib liman və hərbi baza da Xəlifə Haftar qüvvələrinin nəzarətinə keçib.

Hazırda şəhərdə şiddətli döyüşlər davam edir. Tərəflər ağır silahlardan istifadə edir. Hər iki tərəfdən çox sayda silahlının həlak olduğu bildirilir.

Qeyd edək ki, Sirt ölkənin ən böyük 3-cü şəhəridir. Uzun müddətdir BMT-nin tanıdığı Milli Birlik hökuməti ilə Xəlifə Haftar arasında mübarizə gedir.






Fikirlər