Tramp Koqnresdə əleyhinə ifadə verənləri bir-bir işdən qovur

ABŞ prezidenti Donald Tramp Nümayəndələr palatasında haqqında açılan impiçment prosesində əleyhinə ifadə verən administrasiya işçilərini qovmağa başlayıb.

Bu barədə “Associated Press” agentliyi məlumat yayıb. Gələn xəbərlərə görə, ABŞ Milli Təhülkəsizlik şurasının müşavirlərindən polkovnik-leytenant Aleksandr Vindman dövlət başçısının qəzbinə tuş gələnlər arasındadır. Bundan başqa, A.Vindmanın ekiz qardaşı, Ağ Evin hüquqşünaslarından sayılan Yucen Vindman da işi ilə vidalaşmalı olub.

CNN-in informasiyasına əsasən, həm Aleksandr, həm də Yucin Vindmanı Ağ Evin ərazisindən məxfi xidmət (əslində prezidentin mühafizə xidməti-red.) əməkdaşlarının müşayiəti ilə çıxarıblar.

Bundan əlavə, Birləşmiş Ştatların Avropa Birliyindəki səlahiyyətli nümayəndəsi Qordon Sanderlend də tutduğu postdan azad edilib.

Xatırladaq ki, impieçment barədə proses ABŞ Senatında prezidentin xeyrinə qurtarar-qurtarmaz, Ağ Evin mətbuat katibi Stefani Qrişem “baş verənlərə görə bəzilərinin hesab ödəməli olacağını” anons etmişdi.//musavat






Fikirlər