Şahzadənin qəfil ölümünün – Şok təfərrüatı

 

Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Baş naziri, vitse-prezident, Dubay əmiri Şeyx Məhəmməd ibn Rəşid Əl-Məktumun oğlu Rəşid ibn Məhəmməd Əl-Məktum əslində Yəməndə öldürülüb.

 

Axar.az xəbər verir ki, bu barədə İranın Fars Nyus agentliyi hadisə şahidlərinə istinadən məlumat yayıb.

 

Məlumata görə, Şeyx Rəşid və bir neçə BƏƏ hərbçisi husilərə məxsus artilleriyanın Marib vilayətində açdığı atəş nəticəsində ölüb.

 

Dubay əmirliyi isə sentyabrın 19-da Rəşid ibn Məhəmməd Əl-Məktumun ürək tutmasından vəfat etdiyini açıqlamışdı.

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı liderliyindəki koalisiya qüvvələri sentyabrın 13-dən başlayaraq husilərin nəzarətində olan Marib vilayətində genişmiqyaslı əməliyyatlara start verib

 






Fikirlər