Rusiya 9 May Paradını təxirə salmağa HAZIRLAŞIR
Rusiyanın Böyük Vətən Müharibəsi veteranlarını öz sıralarında birləşdirən 3 təşkilatı prezident Vladimir Putinə müraciət edib. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, onlar mayın 9-da keçirilməsi planlaşdırılan Qələbə Paradının daha gec tarixlərə ertələnməsini xahiş ediblər. Onlar paradın koronvirus fonunda iştirakçıların sağlamlığına təhlükə yarada biləcəyini hesab edir. “Paradla bağlı heç kəs sağlamlıq təminatı verə bilməz”- deyə müraciətdə vurğulanır. Kremldəki mənbə Qələb Paradının sentyabrın əvvəllərində yaxud noyabrda baş tuta biləcəyini bildirib.