İranda vəziyyət ağırlaşır
İranda koronavirusla bağlı vəziyyət ağırlaşır. "AzerTaym.az" modern.az-a istinadən xəbər verir ki, bütün xəbərdarlıqlara baxmayaraq, qonşu ölkədə vətəndaşlar bu xəstəliyə ciddi yanaşmırlar. Tehranda Koronavirusu İdarəetmə Əməliyyat Komandanlığı Qərargahının proqramlaşdırma üzrə müavini Əli Mahir bildirib ki, bu səbəbdən koronavirus bir çox şəhərlərdə yenidən pik nöqtəsinə qayıtmaqdadır: "Tehranda koronavirusun yüksək templə yayılma prosesi davam edir. Xəstəliyin yayılmasının qarşısını almaq üçün qoyulan məhdudiyyətlər nəticə vermir. İnsanlar yenə bir-birinə sıx və çox yaxın məsafədən hərəkət edirlər. Vəziyyət heç də ürəkaçan deyil. Hesab edirəm ki, biz daha sərt karantin rejiminə keçməliyik".