Səudiyyə Ərəbistanında Həcc ziyarətində baş verən faciə zamanı ölənlərin cəsədləri yerdən qeyri-adi üsulla yığılıb.
"AzerTaym.az" Qaynar.info-ya istinadən xəbər verir ki, ərəb hökuməti ölən və yaralanan ziyarətçilərin təxliyəsi üçün 4 min həkim personalı, 220 təcili yardım maşını cəlb olunduğunu desə də yayılan fotolar bunun əksini göstərir.
Belə ki, görüntüdən bəlli olur ki, cəsədləri ağır texnikadan istifadə edərək yoldan təmizləyirlər. Hələ buda azmış kimi, işçilər cəsədləri üst-üstə toplayaraq zibil avtomobillərinə yığıb naməlum istiqamətə aparıb. Cəsədlərin bir qismi hələ də ərazidən təmizləmək mümkün olmayıb. Şəkillərdəki görüntülər bu faktları təsdiq edir.
Qeyd edək ki, Məkkədə Həcc ziyarəti zamanı yaranan izdiham nəticəsində ölənlərin sayı 753 nəfərə çatıb. Hadisə nəticəsində 863 zəvvarın xəsarət aldığı bildirilir. Ölənlərin əsasən Afrika ölkələrindən gələn zəvvarlar olduğu açıqlanıb.//Azvision.az