Həcc ziyarəti zamanı faciə baş verib: 717 ölü, 805 yaralı – VİDEO- Yenilənir

 

330Məkkədə – Mina dağında bu gün baş verən izdihamda ölənlərin sayı 717-yə çatıb.Trend-in məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının Vətəndaş Müdafiəsi Nazirliyinin məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, son məlumatlarda yaralananların sayının isə 805 olduğu bildirilir.
Qafqaz Müsəlmanları İdarəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov Trend-ə bildirib ki, hazırda təqribən 2600 zəvvarımız Mina dağındadır. İdarə rəsmisinin sözlərinə görə, hazırda bütün zəvvarlar Mina dağındadırlar. Onlar 3 gün ərzində burada şeytana daş atmalıdırlar.
M.Payızov bildirib ki, azərbaycanlı zəvvarlarla telefon danışığı olub. M.Payızovun sözlərinə görə, ölən və yaralılar arasında azərbaycanlılar yoxdur. Mina dağındakı hadisə azərbaycanlı zəvvarlar oradan ötüb keçdikdən sonra baş verib.

Həcc dövründə baş vermiş ən böyük insidentlər:

1990-cı il – Məkkədən Mina çadır şəhərciyinə aparan piyada tunelində 1427 zəvvar ölüb.

1994-cü il – qarışıqlıqda 270 zəvvar ölüb.

1997-cı il – yanğın nəticəsində 343 zəvvar ölüb və təqribən 1500-ü yaralanıb.

1998-ci il – izdihamda 118 zəvvar ölüb.

2001-ci il izdihamda 35 zəvvar ölüb.

2004-cü il ayin zamanı izdihamda 251 zəvvar ölüb.

2006-cı il – ayin zamanı izdihamda 345 zəvvar ölüb.

Qeyd edək ki, bir müddət bundan əvvəl Məkkədə baş vermiş faciədə 107 zəvvar ölmüşdü, 238 zəvvar isə xəsarətlər almışdı.
* * *

Bu gün Həcc ziyarəti zamanı Səudiyyə Ərəbistanında faciə baş verib. ANS PRESS-in məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının Fövqəladə Hallar Nazirliyi bildirir. Belə ki, Mina dağında yaranan basabas nəticəsində 310 nəfər həlak olub, 450 nəfər isə xəsarət alıb. Həlak olanların və zərər çəkənlərin milli mənsubiyyəti haqqında hələ ki, dəqiq informasiya yoxdur. İlkin məlumata görə, hadisə Səudiyyə Ərəbistanında Məkkənin yaxınlığında Mina vadisində minlərlə zəvvarların Şeytana daş atdığı vaxtda baş verib. Ancaq “Azpolitika.info”nun türk mediasına istinadən verdiyi məlumata görə,  hadisə Şeytana daş atma mərasimindən sonra hacılar körpüdən keçərkən, körpünün uçması nəticəsində   baş verib.

Yaralıların tibbi yardımın göstərilməsi

ANS TV-nin Səudiyyə Ərəbistana ezam olunmuş xüsusi müxbiri Aytən Abdulovadan aldığımız məlumata görə, basabas nəticəsində ölənlənlər və xəsarət alanlar arasında azərbaycanlı yoxdur: “Biz, yəni azərbaycanlı zəvvarlar artıq Mina dağını ziyarət edib qayıtmışdıq ki, bu hadisəni eşitdik. Narahatlığa əsas yoxdur, hamımız yaxşıyıq. Sadəcə, indi bu faciyəyə görə o istiqamətdə gediş müvəqqəti saxlanılıb”, – deyə Aytən bildirdi.

Məkkədə Şeytana daş atma mərasimi

Baş verən faciədən görüntülər

Sonuncu dəfə bu cür hadisə 2006-cı ildə baş verib. Həmin faciədə 360-dan çox zəvvar dünyasını dəyişib.
Bu il ərzində Məkkədə baş verən dördüncü hadisədir. Belə ki, Səudiyyə Ərəbistanın Məkkə şəhərində əvvəlcə daşqın oldu. Daha sonra isə Məscidi Həramda kranın aşması nəticəsində 107 nəfər öldü, 238 nəfər isə xəsarət aldı. Ardınca Məkkədə dağ uçqunu nəticəsində azı 2 nəfərin öldüyü deyilir.

Dağ uçqunu haqqında məlumat

 






Fikirlər