Bu ölkə vaksin üçün 110 milyon ayırdı
Britaniya hökuməti koronavirusla bağlı vaksinin hazırlanmasını sürətləndirmək üçün yeni mərkəzin yaradılması məqsədilə 93 milyon funt-sterlinq (110 milyon dollar) ayırıb. "AzerTaym.az" modern.az-a istinadən xəbər verir ki, bunu Britaniya Baş naziri Boris Conson deyib. “Mən əvvəl də demişdim ki, biz koronavirusla bağlı vaksinin yaradılması üçün bütün resurslarımızı cəlb edəcəyik. Bizim qarşımızda çox böyük yol var, açıq deyirəm, ola bildin ki, vaksin yaradılmasın. Buna baxmayaraq, biz preparat yaratmaq üçün beynəlxalq güclərin önündə gedirik. Bunun üçün də yeni mərkəzin yaradılması məqsədilə 93 milyon funt-sterlinq ayırdıq”, - Conson bildirib.