Məktəblər açıldı, 70 şagird COVİD-19-a YOLUXDU

Fransada məktəblər açıldıqdan sonra 70 nəfər şagird koronavirusa yoluxub.

 Modern.az xəbər verir ki, bunu Fransanın təhsil naziri Jan Mişel Blanke bildirib. Təhsil naziri qeyd edib ki, COVİD-19 40 min məktəb arasında 70 şagirddə aşkarlanıb. Virusa yoluxan şagirdlərin getdikləri məktəblər bağlanıb.

Blanke məktəbə gedə bilməyən şagirdlərdə yaranan psixoloji problemlərin onu narahat etdiyini deyib.

 Xatırladaq ki, Fransada mövcud pandemiya ilə mübarizə çərçivəsində martın 16-dan universitet və məktəblər bağlanmışdı. Lakin bu gündən etibarən virusun kəskin şəkildə yayılmadığı bölgədə olan orta məktəblər açılıb.

Mayın 11-də isə uşaq bağçası və ibtidai məktəblər fəaliyyətlərinə davam etməyə başlamışdı.

Qeyd edək ki, COVİD-19 səbəbiylə Fransada ölənlərin sayı 28 min 108-ə, yoluxanların sayı 216 min 30-a yüksəlib.

 






Fikirlər