Oğul Bərzani ata Bərzaninin heykəlini rədd etdi

İraqın Kürdüstan muxtariyyatının lideri Məsud Bərzani atası Mele Mustafa Bərzaninin heykəlinin Bağdadda ucaldılması tələbini qəbul etməyib.

 İnterpress.az xəbər verir ki, son günlərdə Bağdadda gündəmə gələn Mele Mustafa Bərzaninin heykəlinin ucaldılması mövzusu prezident Bərzani tərəfindən xoş qarşılanmayıb. 

Mətbuata açıqlama verən Məsud Bərzaninin mətbuat katibi Kifah Mahmud "Lider Bərzani Kürdüstanda önəmli şəxsiyyətlərin heykəllərinin ucaldılmasının və şəkillərinin asılması mədəniyyəti və ənənəsinin təkrarlanmasını istəmir. Şəxsən özü Bərzaninin açdığı yolun, yəni birlikdə yaşamaq mədəniyyəti, xalqların azadlığı və sülhün gündəlik həyatda, praktikada yaşanmasını doğru hesab edir. Heykəl ucaldılmasını, şəkil asılmasını deyil! Buna görə ölümsüz Bərzaninin Bağdada heykəlinin ucaldmasını qəbul etmədi "deyib. 

Kifah Mahmud prezident Bərzaninin daha əvvəl də bütün təşkilatlarda asılan şəkillərinin endirilməsini istədiyini, tərif xoşlanmadığını ifadə etmişdi. Məsud Bərzaninin görüşdüyü şəxslər tərəfindən tərifləndiyində narahat olduğunu bildirib. 

Xatırladaq ki, bir müddət əvvəl Kürdüstan Demokrat Partiyası (KDP) Bağdad nümayəndəsi Emin Delo Mele Mustafa Bərzaninin heykəlinin heykəltəraş Dahil Mendelavi tərəfindən hazırlandığını və Qurban bayramından sonra heykəli Bağdada ucaltmaq istədiklərini söyləmişdi. Ötən il İraqın Bəsrə şəhərində Mustafa Bərzani adıyla bir Kürt dilində məktəb açılmışdı.
  






Fikirlər