Ermənilər azərbaycanlıların restoranına hücum etdilər - VİDEO
Ermənistandan olan silahlılar Moskvanın “1001 gecə” restoranına basqın ediblər. Publika.az xəbər verir ki, bu barədə “360” telekanalına Rusiya Azərbaycanlıları İttifaqının vitse-prezidenti Elnur Hüseynov danışıb. ““1001 gecə” restoranı azərbaycanlıya məxsusdur. Bir azərbaycanlıya hardasa 15 erməni hücum edib”, - Hüseynov deyib. Onun sözlərinə görə, hücum edənlər, həmçinin meyvə satıcısını döyüblər, qarpız və yemişləri onun başında sındırıblar. REN TV-nin məlumatına görə, onların basqınından sonra kassadan təxminən 200 min rubl yoxa çıxıb. /"Qafqazinfo"